dunyatv.az
CANLI YAYIN

Ronaldonun etirazı rədd edildi

8-02-2014, 11:45

Ronaldonun etirazı rədd edildi

 "Atletik" (Bilbao) klubu ilə görüşdə rəqibinə vurduğu üçün 3 oyunluq cəzalandırılan Madrid "Real"ının hücumçusu Kriştiano Ronaldonun İspaniya Futbol Federasiyasına (İFF) etirazı rədd edilib.

Dunyatv.az "Goal.com"a istinadən verdiyi məlumata görə, İFF portuqaliyalı futbolçunun cəzasının qüvvədə saxlanılmasına qərar verib. 

Bu isə o deməkdir ki, Ronaldo cəza səbəbindən La Liqanın qarşıdakı turlarında - "Vilyareal", "Qetafe" və "Elçe"yə qarşı oyunlarda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, "Atletik"lə görüşdə alınan qırmızı vərəqə Ronaldonun karyerası ərzində 8-ci belə vərəqə olub.


Oxunub: 850

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.