dunyatv.az
CANLI YAYIN

Öz qapılarına 8 qol vurdular - Sensasiya [video]

8-02-2014, 11:45

Öz qapılarına 8 qol vurdular - Sensasiya [video]

 İtaliyada futbol qalmaqallarına daha birisi əlavə olunub.

İtaliyada futbol qalmaqallarına daha birisi əlavə olunub. Siciliya kubokunda qarşılaşan iki klub arasında keçirilən oyunda 17 qol vurulub. Son 10 dəqiqə ərzində rəqib komanda öz qapısına 8 qol vurub.
İtalyanın aşağı liqalarında iştirak edən "Borgata" və "Bagheriya" klubları Siciliya kubokunun qrup oyunlarında qarşı-qarşıya gəliblər.
"Bagheriya"nın qrupdan çıxmaq üçün 1 xala ehtiyacı var idi. Ancaq "Borgata", son 10 dəqiqəyə 4-3 öndə daxil olub. Borgatalı oyunçular 2 qol buraxdıqdan donra, "Bagheriya"nın qrupdan çıxmaq ümidləri tükənib.
Bu dəqiqələrdən sonra Bagheriyalı oyunçular,öz qapılarına 8 qol vurublar. Çünki onlar qrupdan əzəli rəqibləri "Partinicaudace" klubunun çxmasını istəməyib.
10 dəqiqə ərzində 8 dəfə öz qapısına qol vuran "Bagheriya" klubunun oyunçuları, bununla "Borgata"nın qrupdan çıxmasını təmin ediblər. Matç 14-3 hesabı ilə qurtarıb. Beləliklə "Borgata" klubu qrupdan çıxmağı bacarıb.
"Borgata"nın baş məşqçisi isə bildirib ki, bu oyunda qətiyyən rüşvət yoxdur. Rəqibimizin niyə belə etdiyini anlamadıq.
Qeyd edək ki, İtaliya Futbol Federasiyası, böyük qalmaqala səbəb olan oyun barədə araşdırmalara başlayıb.

Dunyatv.az



Oxunub: 833

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.