dunyatv.az
CANLI YAYIN

Yığmamızın futbolçusu Bundesliqada rekord vurdu

8-02-2014, 14:18

 Azərbaycan milli komandasının futbolçusu Tuğrul Erat Almaniyanın "Fortuna" klubunda rekord vurub.

Apapsort.az saytının məlumatına görə, U-21-in milliləşən legioneri Düsseldorf təmsilçisinin qış fasiləsində keçirdiyi yoxlama matçlarında hamıdan çox meydanda olub.
Erat 8 yoxlama oyununda 582 dəqiqə oynayıb. Bununla da hücumçumuz baş məşqçi Lorens Günter Kostnerin ən çox güvəndiyi futbolçu olub.
II Bundesliqa klubunun 30 oyunçusu arasında hamıdan öndə olan Erat ən yaxın izləyicisini böyük fərqlə qabaqlayıb. Belə ki, ikinci olan çexiyalı Martin Latka 495 dəqiqə oynayıb. Bu oyunçu təxminən 1 il əvvəl "Neftçi"nin maraq dairəsində olsa da, sonda Almaniyaya yollanmışdı.


Oxunub: 772

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.