dunyatv.az
CANLI YAYIN

Sezar Salatı

8-02-2014, 23:30

 Dunyatv.az sizə Sezar salatının hazırlanma qaydasını təqdim edir.

Sezar salatı bir neçə variantda hazırlanır. Bir variantı da belədir:
Lazım olan ərzaqlar:
300 qr toyuğun döş əti
200 qr parmesan pendir
200 qr pomidor
200 qr suxari
Kahı


Sous üçün:
Mayonez
Duz
Istiot
1 diş sarmısaq
1 ədəd limon suyu


Hazırlanma qaydası:
Toyuq ətini xırda doğrayıb duz, istiot vurub bişiririk. Pendir
xırda-xırda doğranır. Sous üçün mayonezin içərisinə limon suyu və bir
diş sarmısaq əzilərək qarışdırılır, duz, istiot vurulur.
Kahı və pomidor xırda doğranır. Bunların üzərinə suxari, pendir, toyuq
əti əlavə olunur. Sous tökülərək qarışdırılır.

Nuş olsun!

Dunyatv.az


Oxunub: 2 102

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.