Qəflətən dayanma iki sürücünü xəstəxanalıq etdi

 Şirvanda baş verən avtoqəzada iki sürücü yaralanıb, avtomobillərə ciddi ziyan dəyib.
Şirvan Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, bu gün günorta radələrində Şirvan şəhəri H.Əliyev prospektində Şirvan şəhər sakini, 1985-ci il təvəllüdlü Əzimov Əliyusif Elşad oğlunun idarə etdiyi "VAZ-2121" markalı 99 GP 069 dövlət nömrə nişanlı avtomobil 1955-ci il təvəllüdlü Şirəliyev Rasim Ağasadıq oğlunun idarə etdiyi "Mitsubishi" Pajero markalı 10 FC 020 dövlət nömrə nişanlı avtomobillə toqquşub.
Nəticədə avtomobillərə ciddi ziyan dəyib. Hər iki sürücü müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirilib. Qəzaya səbəb "VAZ-2121" markalı avtomobilin "Mitsubishi" markalı maşının qarşısında qəfildən saxlaması olub.
Faktla bağlı araşdırma aparılır.

  • Müəllif: Sebine
  • Tarix 8-02-2014, 22:00
  • Bölmə: Xəbərlər / Kriminal, Hadisə
  • Baxılıb: 876
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac