dunyatv.az
CANLI YAYIN

Azərbaycanlı velosipedçilərin "Yaşıl qitə" uğuru

8-02-2014, 21:30

 Avstraliyada 16 komandanın iştirakı ilə təşkil olunmuş 2.1 kateqoriyalı "Herald Sun Tour" yarışında 156 km-dən ibarət 3-cü mərhələ başa çatıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından Trend-ə verilən məlumata görə, yarışın bu bölümü ölkəmiz üçün kifayət qədər uğurlu alınıb. Belə ki, "Synergy Baku"nun 5 üzvü finiş xəttini liderlər qrupunda başa vurub.
Pelotonun ön sıralarında gedən almaniyalı Daniel Klemme və Kristof Şvayzer, Azərbaycanın U-23 və Elite yığma komandalarının üzvləri Tural İsgəndərovla Elçin Əsədov və avstraliyalı Patrik Leyn finiş xəttini eyni anda - 3 saat, 47 dəqiqə, 9 saniyəyə başa vurublar. Yalnız fotofinişə əsasən Daniel Klemme komanda yoldaşlarını bir neçə mikrosaniyə qabaqlayıb və bu mərhələnin 5-cisi olub.
Yeri gəlmişkən, mərhələ qalibi olan Avstraliyanın 23 yaşadək velosipedçilərdən ibarət yığma komandasının üzvü Robert Con Makkarti də Klemme ilə eyni nəticəyə imza atıb və fotofinişin yekunlarına əsasən 1-ci yeri tutub. Ümumi sıralanmada təmsilçilərimizdən ən yüksək göstərici hələ ki Patrik Leynə məxsusdur - o liderdən 1 dəqiqə, 32 saniyə geri qalmaqla 23-cü pillədədir.
Yarışın 3-cü mərhələsi həm də Daniel Klemmenin sprinterlər arasında 2 xal qazanması və ilk 5-liyə daxil olması ilə də yadda qalıb. Sabah keçiriləcək sonuncu, 4-cü mərhələdə iştirakçılar 125 km məsafə qət edəcəklər.


Oxunub: 917

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.