dunyatv.az
CANLI YAYIN

MSK: Azərbaycanda seçki məntəqələrinin 99,53 faizində bülletenlər hesablanıb, İlham Əliyev 84,59 faiz səslə irəlidədir

10-10-2013, 12:56

 MSK: Azərbaycanda seçki məntəqələrinin 99,53 faizində bülletenlər hesablanıb, İlham Əliyev 84,59 faiz səslə irəlidədir
Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı bütün dairə və məntəqələrdən nəticələr vaxtında daxil olub. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cümə axşamı prezident seçkilərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib.

M.Pənahov deyib ki, bütün ölkəyə səpələnmiş məcburi köçkünlərin məntəqələri bütün ölkə ərazisində paylanılıb. Və bu məsələ yenə protokolların yığılmasında problem yaşadıb. Ölkənin rayonlarında məcburi köçkünlərin səs verdiyi 26 məntəqədən protokollar hələ də çatdırılmayıb.

Beləliklə, 5492 məntəqədən 5466 məntəqənin nəticələri müəyyənləşib. Bütün məntəqələrdə səsvermə baş tutub. Hesablamalara görə, İlham Əliyev 84,59 faizlə (3 118 287 səs) öndə gedir.

Digər namizədlərin səsləri isə belədir:

Cəmil Həsənli - 5,54% (204 108 səs)
İqbal Ağazadə 2,38% (87 8447 səs)
Qüdrət Həsənquliyev - 1,98% (73 136 səs)
Zahid Oruc - 1,45% (53 352 səs)
İlyas İsmayılov - 1,07% (39 319 səs)
Araz Əlizadə - 0,86% (31 753 səs)
Fərəc Quliyev - 0,86% (31 570 səs)
Hafiz Hacıyev - 0,66% (24 254 səs)
Sərdar Məmmədov - 0,61% (22 568 səs)

M.Pənahov MSK adından İlham Əliyevə təbriklərini çatdırıb: "Çünki İlham Əliyev de-fakto böyük səs çoxluğu ilə irəlidədir. Yaxın 4 gündə seçkinin seçkilərin yekun nəticələri məlum olacaq".


Oxunub: 1 105

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.