Qiyməli Pide

Qiyməli Pide 

 

 Evdə öz pidenizi hazırlamaq istərdinizmi ?Budur, lazım olan vəsaitlər...

Xəmiri üçün :
6 su stəkanı un
1 yumurta
2 çay stəkanı günəbaxan yağı
1 çay stəkanı qatıq
1 su stəkanı + 1/5 su stəkanı süd
1 paket instant maya 
1 çay qaşığı duz
1 çay qaşığı toz şəkər
İçliyi üçün :
400 qr yağlı qıyma
2 soğan
¼ dəstə incə doğranmış cəfəri
2 pomidor
Duz
Qara bibər
Qırmızı pul bibər
Kimyon
Üzəri üçün :
6-8 yumurta
Hazırlanması :
Dərin bir qabda 6 su stəkanı un, maya, şəkər və duzu qarışdırın.
Ortasını hovuz şəklində açıb süd, qatıq, günəbaxan yağı və yumurtanı əlavə edin.
Əvvəl ortadakı vəsaitləri barmaq uclarınızla qarışdırın.
Daha sonra kənarlarından un alaraq yumşaq konsistensiyada bir xəmir əldə edənə qədər yoğurun.
Üzərini kağız dəsmal ilə örtərək ilıq bir mühitdə mayalanması üçün bir saata qədər gözlədin.
İçliyi üçün soğan və pomidorları rəndələyin.
Qiymə, soğan, pomidor, cəfəri, duz və ədviyyatları əlavə edib yaxşıca qarışdırın.
Xəmiri 6-8 hissəyə bölün.
Əlinizlə yumurlayıb uzun dar düzbucaqlı şəkil verin.
Qiyməli içlikdən paylaştırıb üzərinə 1 yumurta qırın.
Xəmirin kənarlarına yumurta sarısı çəkin.
Əvvəldən isidilmiş 180 dərəcəyə nizamlı sobada qızarana qədər bişirin.
Qeyd : İçliyi hazırlayarkən soğan və pomidorları rəndələdikdən sonra çıxan sudan içliyə çox az əlavə edin.Hamsını əlavə etməyin.
İçliyin çox sulu olmasına ehtiyac yoxdur.Pide xəmiri kifayət qədər yumşaq olduğundan daha çox yumuşaltmayın .
Nuş olsun!
  • Müəllif: Sebine
  • Tarix 11-02-2014, 18:12
  • Bölmə: Xəbərlər / Qadın Dünyası
  • Baxılıb: 794
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Arxiv
Sayğac