dunyatv.az
CANLI YAYIN

Çips hazırlamaq

13-02-2014, 12:02

 Çipsi duzsuz və yağsız!!!Ən çox uşaqların sevdiyi bu çipslər çox dadlıdır.Ancaq zövqə görə arzu edənlər ədviyyat və duz əlavə edə bilər.Beləki evdə hazırlanmış çipslər təhlükəsizdir və  könül rahatlığı ilə uşaqlara vermək olar.Ancaq çox saxlamaq məsləhət deyil.


Ərzaqlar:
Kartof-2-3 ədəd(orta boy)
Ədviyyat-zövqə görə
Duz-zövqə görə

Hazırlanması:
Kartoflar yuyulur,qabıqları soyulub nazik və lay-lay doğranır.Bir kartofun layları perqament kağızının üstünə qoyulur,istəyinizə görə ədviyyat və duz vurulur. Mikrodalğalı soba 700 vt. isidilərək 3-5 dəq. bişirilir.Hər şey sizin sobanızın bişirməsindən asılıdır.Dilimlərin üstü qəhvəyi rəng aldıqda sobadan çıxarılıb kağız salfetlərin üstünə qoyulur.Əgər tez  çıxarsanız,çipsləriniz xırt-xırt olmayacaq.Kortoflar qurtarana kimi belə bişirməyə davam edin.
Nuş olsun!


Oxunub: 1 727

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.