dunyatv.az
CANLI YAYIN

Sabah 15 dərəcə isti olacaq

12-02-2014, 16:50

Fevralın 13-də Bakıda və Abşeron yarımadasında buludu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, yarımadanın bəzi yerlərində hava çiskinli olacaq. Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 7-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında isə sabah havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-6, gündüz 5-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə gecə 12 dərəcə şaxta proqnozlaşdırılır.

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxt bakının bəzi hissələrində, o cümlədən bəzi rayonlarda az miqdarda qar yağması müşahidə edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın ANS PRESS-ə verdiyi məlumatda bildirib.

Onun sözlərinə görə, bu gün qısamüddətli qar yağacaq. Günün ikinci yarısında yağıntı tam kəsiləcək. "Yaxın 2-3 gün ərzində Azərbaycanda və paytaxtda hava yağmursuz keçəcək. Havanın tempraturu müsbət 5-9 dərəcə olacaq”


Oxunub: 902

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.