dunyatv.az
CANLI YAYIN

Bu gün hava bizə nə vəd edir?

13-02-2014, 10:58

 Fevralın 13-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

 

AzərTAc xəbər verir ki, Bakıda və Abşeron yarımadasında[/b] havanın dəyişkən buludlu olacağı, gün ərzində arabir tutulacağı gözlənilir.

Səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var.

Temperatur gecə 2-4°, gündüz 5-10° isti, Bakıda gecə 2-4°, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında[/b] hava, əsasən, yağmursuz keçəcək. Bəzi yerlərdə zəif duman olacaq.

Temperaturun gecə 3-8°, dağlıq ərazilərdə 12° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında[/b] hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir. 

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında[/b] hava, əsasən, yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 0-4°, gündüz 8-12° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında[/b] hava, əsasən, yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 8-12° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında[/b] hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Temperaturun gecə 0-5°, gündüz 10-15° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında[/b] gecə və səhər bəzi yerlərdə havanın az yağıntılı olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 3-6°, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.



Oxunub: 757

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.