dunyatv.az
CANLI YAYIN

Hərbi xidmətə çağırış yaşı ilə bağlı açıqlama

13-02-2014, 15:18

Azərbaycanda hərbi xidmətə çağırış yaşının artırılması barədə yayılan məlumatlar hazırda söz-söhbət səviyyəsindədir

"Azərbaycanda hərbi xidmətə çağırış yaşının artırılması barədə yayılan məlumatlar hazırda söz-söhbət səviyyəsindədir. Bizim tərəfimizdən belə bir təklif olmayıb”.
APA-nın xəbərinə görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov deyib: "Hərbi xidmətə çağırış yaşı qanunvericiliklə tənzimlənir. Bununla bağlı Dövlət Xidməti tərəfindən hər hansı bir təklif olmayıb”.
Qeyd edək ki, Azərbaycan hökumətinin çağırış yaşını 18-dən 19-a və ya 20-yə qaldıracağı ilə bağlı müzakirələr aparması barədə məlumatlar yayılıb. Buna səbəb isə 18 yaşlı gənclərin hərbi xidmətə fiziki və psixoloji baxımdan hazır olmamaları göstərilib.


Oxunub: 877

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.