"Skype" səhvini düzəldir

"Skype" səhvini düzəldir

[/b][b]"Microsoft” korporasiyası "Skype”da mesajların sinxronlaşdırılması xidmətində qeydə alınmış problemləri aradan qaldırıb. Bu haqda fevralın 13-də internet-telefoniya xidmətinin rəsmi bloqunda yazılıb.
Artıq bir qurğuda (məsələn, işçi kompüterdə) baxılmış "Skype” mesajı başqa qurğuda (məsələn, smartfonda) oxunmuş kimi görsənəcək.Bundan əvvəl sinxronlaşdırmada problemlər yaşanıb. "Skype” proqramını açan istifadəçi yeni mesajlara baxdıqda onlardan hansılarını oxuduğunu, hansılarını isə oxumadığını səhv salırdı.Xatırladaq ki, "Microsoft” 2011-ci ildən "Skype” xidmətinə sahibdir; şirkət onu 8,5 milyard dollara satın alıb. "Skype” kompüterdən kompüterə və kompüterdən mobil və ya stasionar telefona zəng etməyə icazə verir.
Dunyatv.az

 


  • Müəllif: Dilber
  • Tarix 14-02-2014, 12:59
  • Bölmə: Xəbərlər / Texnologiya
  • Baxılıb: 496
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac