Lətifələr bir az gülək

 

 Oğlan: Gizlənqaç oynayaq?
Qız:keçən ilki kimi gizlənib, bir də Martın 9-u çıxasan?

Ən yaxşı saç ustası yastığımdır. Hər səhər duranda görürəm ki, saçımı başqa stildə edib. :)

Bəzilərinə verdiyim dəyərin içində "qabarma tozu" var imiş, hamısı şişdilər.

Dünyanın 7 möcüzəsi varıymış. Yəni indi məndən 6 dənə də var? İnanmaram! :)

Həyat o qədər insafsızdır ki, hətta corab da öz tayını tapa bilmir.

Beyninə oksigen girsin deyə başında deşik açmaq istədiyim insanlar var!

- Səni səhv tanımışam Aytən!
- Mənim adım Ayseldi!(
- Dedim axı, səhv tanımışam

Mina: Köhnə kişilər çoxalsın. Namus qeyrət çox olsun!
Mamed: Köhnə qadınlar çoxalsın. Əxlaq namus çox olsun.

Pensiya kartın ürəyinin üstündə gəzdirən, qəpiyə köpük deyən şirin varlığa nənə deyilir .

Məktəb direktoru sinif yoldaşı ilə dalaşmış Əzimi məzəmmətlədi :
- Utanırsan ?
Əzimin cavab vermədiyini görüb əsəbi halda əlavə etdi :
- Hə, niyə susursan ?
- Fikirləşirəm müəllim.
- Nə haqda ?
- Utanmalıyam, yoxsa yox...

Iki kar olur. Biri o birindən sorushur :
-Bazara gədirsən?
O biri deyir :
-Yox, bazara gədirəm.
Dostu deyir :
-Mən də elə bildim bazara gedirsən...

Biri gedir bazara, balıq almaq istəyir. Baxır görür ki, balıq əyridi. Satıcıdan soruşur ki, balıq niyə əyridi?
Satıcı deyir :
-Pavarotda tutmuşam...
  • Müəllif: Guler
  • Tarix 14-02-2014, 14:49
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 642
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac