Bərdə rayonunda mənşəyi bilinməyən tonlarla ət tapılıb

Respublika Baytarlıq Xidmətinin əməkdaşlarının keçirdiyi reyd zamanı Bərdə şəhər sakini Seyfəddin Novruzovun həyətində antisanitar vəziyyətdə saxlanılan 10 tondan çox ət araşdırılarkən dəhşətli faktlar üzə çıxıb.
Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəisi Yolçu Xanvəlinin ANS PRESS-ə verilən əmlumata görə, tapılan ətin içərisində mal, qoyun və digər heyvanlara məxsus ətlər var. Həmin məhsullar insan orqanizmi üçün olduqca təhlükəlidir. Dəhşət burasındadır ki, həmin ətlərin içərisində 2 ildən artıq kəsilmiş heyvanlar və murdar olan heyvanalrın ətləri də var. 
"Seyfəddin Novruzov bu ətləri satış məqsədi üçün saxlayırdı. Onun sözlərinə görə, bazara çıxara bilmədiyi üçün ətləri soyuducuda saxlayırmış hazırda reydlərimiz davam edir. Tapılan ət məhv ediləcək”, - deyə Yolçu Xanvəli bildirib. 
Faktla bağlı araşdırmalara başlanıb
  • Müəllif: Guler
  • Tarix 14-02-2014, 16:03
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 623
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac