dunyatv.az
CANLI YAYIN

Şəkər xəstəliyinin müalicəsi tapıldı

15-02-2014, 13:49

Şəkər xəstəliyinin müalicəsi tapıldı

Şəkərli diabet müasir dünyanın pandemiyası hesab olunur. Ora statistik hesablamalar göstərir ki, 1990-cı ildən 2005-ci ilə qədər bu xəstəliyin müalicəsi üçün alınan dərman preparatlarının sayı 6 dəfə artıb.Bununla belə, xəstəliyin qarşısı alınmayıb, əksinə daha da genişlənib. Dünyada şəkərli diabetdən əziyyət çəkən yarım milyard insanın əsas dərman kimi insulindən istifadə etməsi vəziyyəti yaxşılaşdırmayıb. İsrail həkimləri xəstəliyin müalicəsi üçün yeni mübarizə vasitələri kəşf ediblər. Yeni metoda əsasən diabet potensial müalicə olunan xəstəlik kimi baxılır. Müalicədə yeni alqoritm tətbiq edildikdən sonra 12% pasient bir neçə il ərzində həm xroniki, həm də inkişafda olan xəstəliklərdən birdəfəlik azad olublar. Daha 12% pasient isə insulindən istifadəni azaldıblar. Yeni konsepsiyanın yaradıcısı, endokrinoloq Şmuel Levit yaxın illər ərzində xəstəliyin qarşısının tam alınacağına inamını ifadə edib. 

Dunyatv.az



Oxunub: 2 108

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.