dunyatv.az
CANLI YAYIN

Sumqayıtda gəzməli hava olacaq

15-02-2014, 10:58

 Fevralın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat


AzərTAc xəbər verir ki, Bakıda və Abşeron yarımadasında[/b] havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında yarımadanın bəzi ərazilərində az yağıntılı olacağı ehtimalı var.

Temperaturun gecə 2-5°, gündüz 6-10° isti, Bakıda gecə 3-5°, gündüz 7-9° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında[/b] hava, əsasən, yağmursuz olacaq. Şərq küləyi 3-8 m/s.
[/b]

Temperaturun gecə 2-7°, dağlıq ərazilərdə 12° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında[/b] hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq.
[/b]

Temperaturun gecə 0-3° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında[/b] hava, əsasən, yağmursuz, səhər bəzi yerlərdə duman olacaq.
[/b]

Temperaturun gecə 0-5°, gündüz 6-11° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında[/b] hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
[/b]

Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8°, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında[/b] hava, əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq.
[/b]

Temperaturun gecə 2-6°, gündüz 8-13° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında[/b] hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, az yağıntılı olacağı ehtimalı var.
[/b]

Temperaturun gecə 4-7°, gündüz 7-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti olacağı gözlənilir. 


Oxunub: 844

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.