dunyatv.az
CANLI YAYIN

"Barsa"lıların Neymar sevinci

15-02-2014, 19:34

 

 Zədə səbəbindən komandasına kömək edə bilməyən "Barselona”nın ulduz futbolçusu Neymarın vəziyyəti yaxşılaşıb.

Apasport.az-ın xəbərinə görə, bu barədə klub saytı məlumat yayıb.

İspaniya kuboku çərçivəsində keçirilən "Xetafe” ilə matçda xəsarət alan 21 yaşlı hücumçu artıq sağalıb. Onun növbəti turdakı "Rayo Valyekano” ilə oyunda meydana çıxacağı deyilir.
Qeyd edək ki, Braziliya millisinin də üzvü olan Neymar ötən il ölkəsinin "Santos” klubundan Kataloniya təmsilçisinə keçib.


Oxunub: 788

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.