dunyatv.az
CANLI YAYIN

Ronaldodan qeyri-adi rekord

15-02-2014, 12:24

Ronaldodan qeyri-adi rekord

 "Real” Madridin və dünyanın ən yaxşı futbolçularından olan Kriştiyano Ronaldo unikal bir rekordun sahibi olub.

Kriştiyano "Atletiko”Madridin qapısına 7-ci dəqiqədə vurduğu qoldan sonra qol vura bilmədiyi dəqiqə qalmayıb. Ronaldo bununla da oyunun hər dədiqəsində qol vurmuş futbolçu kimi tarixə düşüb. O, "Atletiko” ilə kral kubokunun matçına qədər sadəcə olaraq 7-ci dəqiqədə fərqlənə bilməmişdi. Həmin oyunun 7-ci dəqiqəsində vurduğu qol onun rekordunu rəsmiləşdirən amil olub.Ronaldonun ən böyük rəqibi Lionel Messinin bu sahədə portuqaliyalı futbolçuya çatması üçün çox çalışması lazımdır. Belə ki, Messi gərək 1,2,10,15,46 və 69-cu dəqiqələrdə rəqib qapısından qollar keçirisin.

Dunyatv.az



Oxunub: 672

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.