dunyatv.az
CANLI YAYIN

Uzunömürlü pizza

15-02-2014, 16:27

 Amerikalı alimlər istifadə müddəti 3 il olan pizza hazırlamağa yaxınlaşıblar. ANS PRESS-in "Associated Press"ə istinadla verdiyi məlumata görə, Massaçuset labaratoriyasının ABŞ ordusu üçün fəaliyyət göstərən mütəxəssisləri uzun müddət xarab olmadan qalan qidanın hazırlıqlarının başa çatmaq üzrə olduğunu açıqlayıblar. 

Alimlər bu resepti əldə etmək üçün bir necə il işləməli olublar. Əsas problem pizzanın sousu, pendir və içliyindən yaranmış, bir müddət sonra xəmirə keçən nəmişlik idi. 
Bu da təhlükəli bakteriyaların yaranması üçün münbit şəraitin meydana çıxmasına zəmin yaradırdı.
Son nəticədə mütəxəssislər nəmişliyi özünə çəkən maddədən istifadə etmək haqqında qərar veriblər. Lakin bu bir pizzanı 3 il saxlamaq üçün kifayət etmir. Belə ki, mütəxəssislər həm də pizzanın içliyinə də müdaxilə ediblər. Bundan əlavə qablaşdırmaya dəmirdən haşiyələr qoyulub ki, metal hava artıqlarını hopdursun. 
Maraqlısı isə odur ki, "daimi" pizza adi pizzadan dadı ilə heç də fərqlənmir. Yeganə fərq odur ki, 3 il saxlama müddəti olan pizzanı isti yemək olmaz. 
 


Oxunub: 707

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.