dunyatv.az
CANLI YAYIN

Azərbaycanda TV və poçt xidmətlərinə görə tariflər dəyişə bilər

15-02-2014, 16:40

 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) universal poçt və rəqəmsal televiziya xidmətlərinə görə yeni tariflərin tətbiqi üzrə təklifləri Tarif Şurasına təqdim edib. Bunu Trend-ə RİTN-dən deyiblər.

[b][/b]
Nazirlikdən təkliflərin məzmununu konkretləşdirməyiblər, lakin qeyd ediblər ki, təkliflər göstərilən xidmətlərin maya dəyərinə və beynəlxalq normalara müvafiq olaraq tariflərin tənzimlənməsini nəzərdə tutur: "Hazırda Tarif Şurası məsələni nəzərdən keçirir. Şuraya təqdim edilmiş təkliflər, ilk növbədə, son istifadəçilər üçün daha sərfəli şərtləri əhatə edir".
Nazirlik, həmçinin internet provayderlərinin göstərdiyi xidmətlərin dəyərinin gələcəkdə azaldılması məsələsi üzrə onlara tövsiyələr verib.
Dunyatv.az


Oxunub: 664

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.