dunyatv.az
CANLI YAYIN

Ağsaqqal facebookda nə axtarır?

15-02-2014, 16:40

Bir çoxları fikirləşirlər ki, sosial şəbəkələrdən təkcə gənclər istifadə edirlər. Süjetimizi izləyəndə fikrinizi dəyişəcəksiniz. Elə  qocalar var ki, onlar da gənclərdən geri qalmırlar. Bəs qocalar sosyal şəbəkələrdə nə axtarir deyirsinizsə, bunu bilmək üçün növbəti süjetimizi izləyin.  

Birinin 62, digərinin isə 66  yaşı var. Bizim qocalar da müasir dövrə ayaq uydurdular. Bu iki qoca sosial şəbəkələrdə kifayət qədər aktivdir. Günün çox hissəsini  evdə keçirdikləri üçün sosial şəbəkədə özlərinə dost-tanış axtarırlar.

62 yaşlı Qusar sakini Elman Bağışov o qədər vərdiş edib ki, günün çox hissəsini internet qabağında keçirir. Bu yaşda olmasına baxmayaraq, sosial şəbəkədə özünə xeyli dost tapıb. Ağsaqqal olsa da, yazışmalarda gənclərə ayaq uydurur. 66 yaşlı Novruz Qurbanov  isə Tovuzun  Bozalqanlı kəndindəndir.Bağban olan Novruz dayı gənclərə baxıb  bu virtual aləmə baş vurub.

Hazırda dostlarının sayı 100-ə yaxındı. Həm azərbaycanlı, həm də xarici ölkələrdə yaşayanlarla rahat şəkildə yazışır. 2 övladı, 5 nəvəsi olan Novruz kişi maraqlı yazışmaların da şahidi olur.


 

Dunyatv.az


Oxunub: 713

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.