dunyatv.az
CANLI YAYIN

“Sumqayıt”da yubiley yarışları keçirildi

15-02-2014, 16:40

 Sumqayıtın "Alüminumçu” İdman Evində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının 20 illik yubileyinə həsr olunmuş gənc (1994-96) yunan-roma güləşçiləri arasında şəhər birinciliyi keçirilib.

İki gün gərgin idman mübarizəsi şəraitində davam edən birincilikdə Nurəli Babayev (50kq), Azər Nəsibli (55kq), Murad Məmmədov (60kq), Hüseyn Abbasov (66kq), Sahib Quliyev (74kq), İslam Abbasov (84kq), Kamran Bədəlov (96kq) və Qismət Ağayev (l20kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin fəxri fərmanı və hədiyyələri ilə təltif ediliblər.Sumqayıt Olimpiya İdman Kompleksində isə kişilər arasında Azərbaycan çempionatının zona yarışı keçirilib. Zona yarışında Sumqayıtın Azərikimya İstehsalat Birliyi, Sumqayıt Dövlət Universiteti və Sumqayıt Olimpiya İdman Kompleksinin komandaları ilə yanaşı Bakı, Quba və Abşeron komandaları qalib adı uğrunda mübarizə aparıblar. Bu barədə "Zaman-Azərbaycan”a Sumqayıt şəhər İdman və Gənclər Baş İdarəsinin baş məsləhətçisi Mail Hümbətov məlumat verib. Yarışın açılış mərasimində şəhər Gənclər və İdman Baş İdarəsinin rəsmisi Musa Həsənov da iştirak edib. Gərgin idman mübarizəsi şəraitində 3 gün davam edən yarışda Sumqayıt Ordu İdman Klubunun komandası pley-off mərhələsinə vəsiqə qazanıb. 

Dunyatv.az


Oxunub: 929

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.