dunyatv.az
CANLI YAYIN

Ronaldo "Real"dan gedir

18-02-2014, 11:23

Devid Bekhem portuqaliyalı futbolçunu klubuna gətirir

[b][/b]Mayamidə yeni bir futbol komandası yaradan əfsanəvi ingilis futbolçu Devid Bekhem başına ulduz futbolçular yığmaq fikrindədir. Devid Bekhem bu yöndə artıq ilk addımını atmaq üzrədir.


ANS PRESS-in xarici mətbuata istinədən verdiyi məlumata görə, İngiltərənin "The Sun" qəzeti portuqaliyalı futbolçu Kristiano Ronaldonun Bekhemin komandasına transfer olunacağını yazıb. Qəzet Ronaldonun karyerasının sonlarında Amerikaya üz tutacağını iddia edib. Amerika klubu qarşıdakı 3 il ərzində futbolçunun keçidini həll etməyi qarşısına məqsəd qoyub.


Qeyd edək ki, keçmiş futbolçu Bekhem ABŞ-ın "Mayami Yunayted" futbol klubunu 25 milyon dollara alıb.

 


Oxunub: 999

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.