Mercedes Brabus-a çevrildi [foto]

Mercedes SL63 AMG-ni Brabus 850 SL-ə çevirdilər

"Yüklənmiş” rodster "Mercedes-Benz SL63 AMG”-nin əsasında alman tüninq firması Brabus çox güclü sportkar "850 SL” düzəltdi. Onsuz da sürətli seriyalı avtomobili əsl superkara çevirdilər.

Onun gücü və dinamikası dünyanın ən sürətli avtomobillərindən çox da geri qalmır. Gücləndirilmiş güc qurğusundan başqa avtomobilə yeni dekorativ aksesuarlar, böyük ölçülü təkər diskləri və yenilənmiş daxili bəzək əlavə etilər.

Tamamlanmış 5,5 litrlik səkkizsilindrli mühərrik Brabus 850 SL850 a.g. maksimal sürət və elektriklə məhdudlaşmış 1150 Nm fırlanma anı verir. Avtomobilin maksimal sürəti artıq 370 km/saat təşkil edir.

Brabus atelyesi "Mercedes SL63 AMG”-ni ventilyasiya olunan kapot, qoymaları olan şəkildəyişmiş qabaq bamper, karbon lifindən splitter, qazçıxma sisteminin ikili boruları olan karbon diffuzoru, yük yerinin böyüdülmüş spoyleri və çox məhsuldar şinləri olan çoxmilli dəbli disklərlə təchiz edib.

Dünyanın ən sürətli klassik rodsterinin salonu dəri ilə tikilib və metal aksentlərlər birgə bəzənib. /auto.az/

  • Müəllif: Pervin_M
  • Tarix 18-02-2014, 11:41
  • Bölmə: Xəbərlər / Şəkillər
  • Baxılıb: 640
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Arxiv
Sayğac