dunyatv.az
CANLI YAYIN

Faydalı məsləhətlər

18-02-2014, 17:48

Faydalı məsləhətlər

 Xəmir işləri

  • Tort bişən formanı sobadan çıxarıb soyuq suda isladılmış əskinin üstünə qoysanız, tort formadan asan çıxar.
  • Yağı tez yumşaltmaq üçün onu xırda-xırda doğrayın və qabı isti su olan qazanın içinə qoyun.
  • Tort heç vaxt çox isti odda bişirilmir, istidən onun üstü yanır, içi isə bişmir. Tortu yaxşı bişirmək üçün sobanı orta dərəcədə əvvəldən qızdırmaq lazımdır. Tortu sobadan çıxardandan sonra onu bayıra, soyuğa çıxartmaq olmaz.
  • Quru mayanı işlətməmişdən əvvəl 20-30 dəqiqə soyuq suda islatmaq lazımdır.
  • Xəmirdə yağ çox, su isə nə qədər az olursa, bir o qədər çox ovular.
  • Xəmirə soda çox vurulubsa, məmulatın rəngi tünd, xoşagəlməz iyi və tamı olacaqdır.
  • Soda tamamilə neytrallaşsın deyə, xəmir yoğurarkən sodanın üstünə bir az sirkə, ya da limon şirəsi tökmək lazımdır.
  • Tort və ya piroq bişirərkən formanı isti sobada tez-tez ora-bura çəkmək olmaz. Belə etdikdə xəmirin içindəki hava çıxır və məmulat yapıxır.
  • Məmulatın üstünə yumurta sürtülürsə, onu bişirməyə 5-10 dəqiqə qalmış yumşaq fırça ile ehmallıca çəkmək lazımdır ki, xəmir yatmasın.
  • Biskvit xəmirini uzun müddət saxlamaq olmaz.
  • Yağda qızardılan pirojkilərin xəmiri sobada bişirilən pirojkilərin xəmirinə nisbətən yumşaq olmalıdır.
  • Bişəndən sonra tortu, keksi formada ya da tavada saxlamaq olmaz.
  • Əgər şirniyyatı (tortu) iki qata bölmek isteyirsinizse, tortun qırağında bıçaq ilə kəsin, ora bərk sap salın və sağ tərəfdəki sol əllə, sol tərəfdəki sapı sağ əllə tutub özünüzə tərəf çəkin.
  • Xəmir yoğrulmamışdan əvvəl un ələnməməlidir, belə olduqda un hava ile qarışır və xəmir çox zərif olur.
  • Sıyıq mayalı xəmiri yağlanmış əllərlə götürdükdə əllərə yapışmır.
  • Əgər xəmirin tez acımasını istəyirsinizsə, xəmirə bir neçə makaron batırın.
  • Biskvit, tort, keks orta qızdırılmış sobada bişirilir. Sobanı ilk 15 dəqiqə açmaq olmaz.


Oxunub: 836

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.