dunyatv.az
CANLI YAYIN

“Çadralı ilk qadın hakim” [foto]

18-02-2014, 17:48

“Çadralı ilk qadın hakim” [foto]

“Çadralı ilk qadın hakim” [foto]

“Çadralı ilk qadın hakim” [foto]

 İtaliyanın şimalındakı Kremona şəhəri yaxınlığında yaşayan lisey şagirdi və hakimlik edən 16 yaşlı Səqqafi hicabla matça çıxaraq ölkə futbolunda ilkə imza atıb.

 

 

 DunyaTv.az  Oxu.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın "Korriere della Sera” qəzetində yazılıb.İtaliya Hakimlər Birliyinin icazəsi ilə o, hicabla dünən ilk dəfə yaşıl meydana çıxıb. Hakimlər Birliyi onun oyunda utancaq davrandığını bildirsə də, çıxdığı ilk matç olduğunu və oyunu yaxşı idarə etdiyini nəzərə alaraq yaxşı rəy verib.Ötən ilin oktyabr ayından hakimlik kursuna yazılan Səqqafiyə bu işdə ailəsi də yaxından köməklik edir, onu dəstəkləyirlər.Səqqafinin matçı idarə etməsi İtaliya mətbuatında "Çadralı ilk qadın hakim” başlığı ilə əks olunub.

Dunyatv.az

 


 

 



Oxunub: 705

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.