dunyatv.az
CANLI YAYIN

Yüzlərlə dovşanın turistə hücumu [video]

19-02-2014, 10:42

Yaponiyanın Okunosima adasında turist qadın dovşanların hücumuna məruz qalıb. Buna səbəb isə, onun dovşanlardan birini yemləməsi olub. Elə bu zaman adada olan dovşanlar hərəsi öz payını almaq məqsədilə qadına hücum edib.
Okunosima adasında 1929 - 1945-ci illərdə 6 min ton tutumu olan zəhərli qaz deposu olub. Yapon ordusu bu adada məxfi təcrübələrdən istifadə edirmiş.
II Dünya müharibəsindən sonra isə, sakinlər adanı tərk edib. Son dönəmlərdə isə, Yaponiya hökuməti adadakı qazın canlı həyata təsirini sınaqdan keçirmək üçün buraya bir neçə cüt dovşan buraxıb.
İndisə onların adadakı sayı minlərlədir. Məhz buna görə də Okunosima adasına "Dovşan adası” da deyirlər.
 
 
Dunyatv.az


Oxunub: 680

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.