dunyatv.az
CANLI YAYIN

Serenay Məryəm Üzərlinin işini əlindən aldı

19-02-2014, 15:30

 Ana olduqdan sonra səhnəyə qayıtmağı planlaşdıran, "Hürrəm Sultan" obrazı ilə tanınan aktrisa Məryəm Üzərli daha bir işini itirib. Belə ki, ötən il şampun firmalarından birinin reklam siması olan Məryəm Üzərli bütün təklifləri rədd edib "tükənmişlik sindromu" ilə vətəni Almaniyaya dönüb. Bundan sonra qeyd edilən şirkət Üzərliyini gənc model və aktrisa Serenay Sarıkaya ilə əvəz edib. Artıq tərəflər arasında yeni müqavilə imzalanıb.
Dunyatv.az Ans press-ə istinadən bildirir ki, türkiyəli gənc və sevilən aktyor Çağatay Ulusoyun sevgilisi olan Serenay son zamanlar uğurları ilə gündəmi zəbt edib. "Medcezir” serialında sevgilisi ilə baş rolları canlandıran Sarıkayanın reklamdakı tərəf müqabili filmdəki həmkarı Hazar Ərgüçlü olub. Serenaya bu təklif qarşılığında 1 milyon lirə (təxminən 400 min AZN) verilib. Hazar Ərgüç isə 400 min lirə (təxminən 160 min AZN) qazanıb.
Daha öncə isə sözügedən şampun firmasının siması olan Məryəm Üzərli isə 1 milyon 200 min lirəyə (təxminən 480 min AZN) razılaşma imzalamışdı.
Xatırladaq ki, bir moda jurnalının təşkil etdiyi "Stil sahibi məşhurlar” adlı gecədə "Stil sahibi saç” mükafatını alan Seranay həftədə yalnız bir dəfə saçlarına qulluq etdiyini açıqlayıb. Onun sözlərinə görə, dolğun saçların sirri zeytun, badam yağı və yumurtadadır. Bundan başqa fendən uzaq durmaq da vacib amillərdən biridir.

Dunyatv.az


Oxunub: 611

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.