Azərbaycanda bu yerlərdə siqaret çəkmək qadağandır – SİYAHI

Tütün məmulatlarının istehlakına dair məhdudiyyətlər "Tütün və tütün məmulatı haqqında” qanunda müəyyən edilib.Lent.az-ın "femida.az”a istinadən məlumatına görə, həmin qanunun 21-ci maddəsinə əsasən, Azərbaycanda aşağıda göstərilən yerlərdə siqaret çəkmək qadağandır:

- tədris, tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallarda;

- inzibati binalarda fərdi iş otaqları və siqaret çəkmək üçün müəyyən edilmiş xüsusi yerlər istisna olmaqla, iş yerlərində;

- yüksək kateqoriyalı restoranlar, kafelər, barlar istisna olmaqla, ticarət, ictimai-iaşə, məişət obyektlərində, ümumi istifadədə olan yaşayış binalarında və digər qapalı yerlərdə;

- uzaq mənzilli sərnişin nəqliyyatında xüsusi ayrılmış yerlər istisna olmaqla, bütün ictimai nəqliyyat növlərində. 

Həmin Qanuna görə, mehmanxanalarda siqaret çəkənlər üçün xüsusi yerlər ayrılmalıdır. 

Həmçinin, müəssisə, idarə, təşkilat rəhbərləri və digər işəgötürənlər iş yerlərində siqaret çəkmək üçün xüsusi yerlər ayrılmasını və görünən yerlərdə "siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

 

Əlavə olaraq qeyd olunmalıdır ki, İnzibati Xətalar Məcəlləsində:

 

hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə yüz manat miqdarında cərimə, dəmir yol nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə xəbərdarlıq və ya beş manatdan on beş manatadək miqdarda cərimə,
metropoliten stansiyalarının vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə görə əlli manat miqdarında cərimə,  dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkilməsinə görə xəbərdarlıq və ya yeddi manatdan on üç manatadək miqdarda cərimə, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə qırx manatdan əlli manatadək miqdarda cərimə müəyyən edilib.

  • Müəllif: Guler
  • Tarix 19-02-2014, 15:57
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 696
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac