Diabet xəstələri şəkərin miqdarını göz yaşı ilə müəyyən edə biləcəklər

 Xəstələr qanda şəkərin miqdarını göz yaşı ilə müəyyən edə biləcəklər.

Dunyatv.az Türkiyə mətbuatına istinadən (hurriyet.com.tr) xəbər verir ki, şəkərli diabet xəstələri şəkərlərinin miqdarını öyrənmək üçün hər gün barmaqdan qan verərək şəkər səviyyələrini ölçmək məcburiyyətindədirlər.
Bəzən xəstələr barmaqlarını deşməmək üçün şəkərlərinin miqdarını yoxlamaqdan yayınırlar ki, bu da sonradan xəstənin vəziyyətinin pisləşməsinə səbəb olur.
Artıq bu problemə son qoyulacaq. Movqe.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Miçiqan Universitetinin elmi işçiləri xəstəlikdən əziyyət çəkənlər üçün yeni üsul tapıblar. Belə ki, xəstələr şəkər miqdarını yoxlamaq üçün qan yerinə göz yaşından istifadə edə biləcəklər.
Qeyd edək ki, şəkərli diabet xəstələrinə şəkərlərinin miqdarını tənzimləmək üçün xüsusi insulin iynəsi vurulur. Xəstələrin qanındakı şəkər səviyyəsinə görə insulin iynələrini vurdurub-vurdurmayacaqları məlum olur. Əgər qanda şəkərin miqdarı həddindən artıq dəyişərsə, xəstələr komaya düşə və hətta ölə bilərlər.
  • Müəllif: Sebine
  • Tarix 20-02-2014, 11:00
  • Bölmə: Xəbərlər / Sağlamlıq (Tibb)
  • Baxılıb: 647
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac