dunyatv.az
CANLI YAYIN

Sumqayıtda “BazarStore” alıcıları necə aldadır?

19-02-2014, 15:40


[/b][b]Sumqayıtxeber.com xəbər verir ki, sumqayıtlı idman jurnalisti Anar Xanlarov Sumqayıtda fəaliyyət göstərən ”BazarStore” ticarət mərkəzində qarşılaşdığı halla bağlı status yazıb. Statusu olduğu kimi təqdim edirik:
"Millət, sizə bir məsləhət. Bundan sonra kassa sistemi işləyən böyük marketlərdən alış-veriş alarkən marketdən çıxmamışdan öncə mütləq çekə baxın. İndi də millətdən artıq pul qopartmağın daha bir yolunu tapıblar. Bu gün Bazar Store-dən alış-veriş etmişəm. Evə gələndə baxam ki çeki atmaq yadımdan çıxıb qalıb cibimdə. Maraq üçün oturdum qiymətlərə baxdım aldığım ərzaqların yarısını vitrində yazılan qiymətdən artıq hesablayıblar. Məsələn toyuğun qiyməti üstündə 2 man 39 qəp yazılıb, amma evdə çekə baxıram ki, ora 2 man 62 qəp. yazılıb. Deməli 23 qəpik artıq alıb. Yaxud, adi badımcan ikrası 84 qəpik üstünə yazılıb çekə, amma çekdə 1 man 39 qəp yazılıb. 84 qəpik də burdan qatlayıblar. Hər şeydə 20 qəpik, 30 qəpik, 50 qəpik artıq vursalar görün gün ərzində insanları nə qədər aldadırlar
Dunyatv.az


Oxunub: 1 138

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.