dunyatv.az
CANLI YAYIN

Kəsiri olan tələbələrə müjdə

19-02-2014, 15:40

Azərbaycanda bundan sonra tələbələr təhsil aldıqları müddətdə lazımi qədər kredit toplamamalarına görə məktəbdən xaric edilə bilməzlər.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehli mətbuat konfransında deyib.
Onun sözlərinə görə, tələbələr tələb olunan kreditləri istənilən müddətə toplaya biləcəklər: "Bununla yanaşı, "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"a əsasən, məktəbdən xaric edilmiş tələbə həm bakalvr, həm də magistratura səviyyələri üzrə ali məktəbə istənilən qədər bərpa oluna bilər. Bununla bağlı heç bir məhdudiyyət qoyulmayıb. Məktəbdən xaric edilən tələbə xaric edildikdən 1 semestr sonra bərpa olunmaq üçün müraciət edə bilər"

Dunyatv.az


Oxunub: 637

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.