Balıqlı dolma

[/b][b]Vəsaitlər
1-1,2 kq balıq
2 ədəd soğan (küp doğranmış)
3 ədəd pomidor (küp doğranmış)
Yarım stəkan quru nanə (qış üçün)
Yarım stəkan təzə nanə (yay üçün)
Qara bibər (istədiyiniz qədər)
Bir az duru yağ
Bir neçə üzüm yarpağı (bişirmək üçün)
Balığınızı gözəlcə təmizlədikdən və içini çıxardıqdan sonra, bol duzda bir neçə gün gözlədin. Orta boylu bir balıq üçün 250-300gr. duz istifadə edin.

Hazirlanması
Sonra balığınızı duzunu yuyub bol suda bir gün gözlədin. Bir neçə dəfə suyunu dəyişdirməyi unutmayın.
Sabahısı gün balığınızı yuyun və təmiz bir bezin üzərinə düzdiğiniz üzüm yarpaqlarının ortasına qoyun.
Küp doğradığınız soğanları yağda qızaranacan qovurun. Sonra pomidorları də əlavə edib qarışdırın və ocağı bağlayın.
Əgər bu yeməyi qışda edirsinizsə quru nanə, yazın edirsinizsə təzə nanə və istiot əlavə edib qarışdırın.
Əldə etdiyiniz qarışığı balığın qarnına doldurub balığı yaxşıca bezlə bağlayın. Bu vaxt bezin içində üzüm yarpaqları olur və balıq eyni zamanda bu yarpaqlarla da sarılır. Bezə yaxşıca düyün atdıqdan sonra (boxça halında görünəcək bezi bağladıqdan sonra), onu buxarlı qazana qoyub 15-20 dəqiqə bişirin.
Bişdikdən sonra balığı bezden çıxarıb bir qaba qoyun və süfrəyə qarpız yaxud da pomidor yaxud ayranla verin

  • Müəllif: Guler
  • Tarix 19-02-2014, 17:14
  • Bölmə: Xəbərlər / Qadın Dünyası
  • Baxılıb: 899
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac