dunyatv.az
CANLI YAYIN

Azərbaycanda sabah "yaz havası" olacaq

19-02-2014, 17:14

Azərbaycanda sabah "yaz havası" olacaq 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan FaktXeber.az-a verilən məlumata görə, sabah Azərbaycan ərazisində hava şəraiti müəayimləşəcək, havanın temperaturu 7-8 dərəcə yüksələcək. Bakıda və Abşeron yarımadasında fevralın 20-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman proqnozlaşdırılır. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 10-14 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman gözlənilir, qərb küləyi arabir güclənəcək.
Aran rayonlarda gecə 0-5, gündüz 10-15 dərəcə isti olacaq. Dağlarda gecə 0-5 dərəcə şaxta, 5-10 dərəcə isti proqnozlaşdırılır.

 

 


Oxunub: 939

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az | info@dunyatv.az
Copyright © 2013-2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.