Yer kürəsində maqnit qasırğası başlayıb

Yer kürəsində maqnit qasırğası başlayıb. Yerətrafı orbitdə mülayim qasırğa müşahidə olunur. Bu barədə DunyaTv.az Trend-ə istinadən xəbər verir.

Rusiya Hidrometeorologiya İdarəsinin Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, ötən gecə Günəşin görünən diskində ləkələrin səkkiz qrupu müşahidə olunub.

Məlumatda deyilir ki, ardıcıl orta güclü partlayışlar qeydə alınıb. Yer kürəsinin maqnit sahəsi sakitdən zəifə qədər dəyişib.

Yaxın günlərdə geomaqnit qasırğası davam edəcək, cümə günü də müşahidə olunacaq. Fevralın 20-də geomaqnit sahəsinin sakitdən daimi olmayana qədər dəyişəcəyi gözlənilir, radiasiya vəziyyəti sakit olacaq. Günün ayrı-ayrı saatlarında radioəlaqənin kəsilməsi mümkündür.

Geomaqnit fonda sapmalar meteohəssas insanların, ilk növbədə, ürək-damar xəstəlikləri olanların əhvalının pisləşməsinə səbəb ola bilər.

  • Müəllif: Guler
  • Tarix 19-02-2014, 17:47
  • Bölmə: Xəbərlər / Maraqlı
  • Baxılıb: 587
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac