Abşeron rayonu ərazisində partlamamış 3 ədəd tank əleyhinə mina tapılıb [video]

Dunyatv.az xəbər verir ki, Abşeron rayonu ərazisində partlamamış 3 ədəd tank əleyhinə mina tapılıb.Bu xəbəri isə FHN-ə ərazisdə qoyun-quzu otaran sakinlər xəbər veriblər.
Abşeron Rayon Müdafiə Nazirliyinin paliqonunun ərazisində yerləşən Əliverdi yatağında təqribən 500 metr aralıda tank əleyhinə 3 ədəd partlamamış mina tapılıb.FHN-nin 112 qaynar telefon xəttinə həmin sözü gedən ərazidə döyüş sursatı aşkarlanması barədə məlumat daxil olub.Dərhal FHN-in müvafiq qurumlarının mütəxəsislərivə xilasediciləri həmçinin Abşeron Rayon Polis İdarəsinin əməkdaşları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib,aidiyyəti qurumlar məlumatlandırılib.Ərazi mühasirəyə alınıb və mühavizə olunub.Gecə saatları olduğundan əməliyyatın bir gün sonra həyata keçirilməsi üçün tapşırıqlar verilib.Səhəri gün nazirliyin mütəxəsisləri aşkarlanmış sursata baxış keçiriblər.Tapılan sursatın tank əleyhinə 3 ədəd TM62 təlim minası olduğu müəyyən edilib.Qeyd edək ki,bu xəbəri FHN 112 qaynar xəttinə ərazidə qoyun-quzu otaran sakinlər xəbər veriblər.FHN-nin mütəxəsisləri 3 ədəd minanı torpaq altından çıxararaq zərərsizləşdirilməsi üçün həmin ərazidən uzaqlaşdırılıb.Məlumat üçün bildirək ki,həmin ərazilərdə minaların olduğu ehtimal edildiyindən partlamamış hərbi sursatların axtarılması davam etdiriləcək 

  • Müəllif: Dilber
  • Tarix 19-02-2014, 19:47
  • Bölmə: Xəbərlər / Video / Kriminal, Hadisə
  • Baxılıb: 535
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac