Gələn ay neçə gün bayram edəcəyik?

Gələn ay neçə gün bayram edəcəyik?

Nazirlər Kabinetinin ötən ilin dekabrında verdiyi qərara əsasən, bu il martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Azərbaycanda Novruz bayramı günü kimi qeyd olunacaq.Martın 22-si və 23-ü şənbə və bazar günlərinə (qeyri-iş günləri) düşdüyü üçün martın 25-i və 26-sı da ölkədə qeyri-iş günü olacaq. Bundan başqa, 8 mart tarixi də şənbə gününə düşdüyü üçün martın 10-u da qeyri-iş günü sayılacaq.Beləliklə, Azərbaycanda gələn ay 10 gün bayram edəcəyik. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib ki, bayram günləri ilə bağlı hansısa dəyişiklik olmayacaq: "Bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunacaq. Martın 20-24-ü bayramdır. Orada əlavə şənbə bazar günləri, ayın 25, 26-sı var. Həmin günlər də bayram hesab ediləcək”. 

Dunyatv.az


  • Müəllif: Dilber
  • Tarix 20-02-2014, 11:00
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 616
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac