Çempionlar Liqasının növbəti oyunları baş tutdu [nəticələr]

Çempionlar Liqasının növbəti oyunları baş tutdu [nəticələr] 

"Arsenal” və "Milan” ümidləri doğrultmadı.


Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.


İngiltərənin "Arsenal” klubu öz meydanında Almaniya çempionu "Bavariya”nı qəbul edib.

Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Toni Kroos (54 dəq.) və Tomas Müller (88 dəq.) vurublar.

Digər qarşılaşmada "Milan” Madridin "Atletiko” klubu ilə üz-üzə gəlib.

Bu oyunda da qonaqlar qalib gəlib. "Atletiko” rəqibini Dieqo Kostanın 83-cü dəqiqədə vurduğu qol ilə 1:0 hesabı ilə məğlub edib.

Cavab oyunları martın 11-də keçiriləcək.


Çempionlar Liqası

1/8 final (ilk oyunlar)


18 fevral (çərşənbə axşamı)

Arsenal (İngiltərə) - Bavariya (Almaniya) - 0:2

Qollar: Kross 54, Muller 88.


"Milan” (İtaliya) – "Atletiko” (İspaniya) - 0:1

Qol: Dieqo Kosta 83.

  • Müəllif: Pervin_M
  • Tarix 20-02-2014, 11:18
  • Bölmə: Xəbərlər / İdman
  • Baxılıb: 623
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac