Azərbaycan təhsilində bir neçə - YENİLİK

Azərbaycan təhsilində bir neçə - YENİLİK

Tələbələrə şad xəbər var.

2014/2015-ci tədris ilindən Azərbaycanda bakalavriat səviyyəsi üzrə qiyabi təhsil formasına plan yerlərinin sayı azaldılıb.


Dunyatv.az APA-ya istinadən xəbər verir ki, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin müdiri, baş məsləhətçi Natiq İbrahimovun jurnalistlərə açıqlamasında dediyinə görə, artıq bununla da qiyabi təhsil forması məhdudlaşdırılır.


Onun sözlərinə görə, bu ildən ali təhsilin magistratura pilləsində qiyabi təhsil formasına qəbul aparılmayacaq.


N.İbrahimov qeyd edib ki, Azərbaycanda növbəti tədris ili üçün müəllim ixtisaslarına da qəbul azalıb. Nazirlik rəsmisinin fikrincə, ali təhsil müəssisələrinə müəllim ixtisası üzrə qəbul planı artırılsa da, ümumilikdə götürdükdə respublikada müəllim ixtisasları üzrə qəbul planı azalıb:


"Bu da əsasən kolleclərdəki müəllim hazırlığı ilə bağlıdır. Orta ixtisas məktəblərində 2 ixtisas üzrə müəllim hazırlığı dayandırılıb. Bunlar ibtidai sinif və informatika müəllimliyidir. Ali təhsil müəssisələrində isə müəllim ixtisası üzrə qəbulda artım var. Bu sahə üzrə dövlət sifarişli yerlərin sayı 800-dək artırılıb”.


Bununla yanaşı, tələbələrə bir şad xəbər - tədris müddəti ərzində kredit balını toplamadığı üçün tələbələr ali məktəbdən xaric edilməyəcək.

Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, ölkədə təsdiq edilən "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar”a əsasən, tələbələr kredit balını ödəyənə kimi ali məktəbdə təhsil ala biləcəklər və onların hər hansı bir kursda xaric edilməsi baş verməyəcək:


"Tələbələr bəzi hallarda ali məktəblərdən xaric ediləcək. Belə ki, tələbə öz arzusu ilə, başqa ali təhsil müəssisəsinə köçürüldükdə, ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda, müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının arayışına əsasən), növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə saxlamadıqda ali məktəbdən xaric olunacaqlar”.

C.Valehov qeyd edib ki, universitetdən xaric olunan tələbə sonradan bir neçə dəfə ali məktəbə bərpa oluna bilər və buna heç bir məhdudiyyət qoyulmur. Onun sözlərinə görə, ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr sırasından xaric olunmuş şəxslər xaric olunma vaxtından bir semestr keçdikdən sonra ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.


Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alıb sonradan səhhətinə görə xaric olunan, eləcə də hər hansı bir səbəbdən xarici ölkə ali təhsil müəssisələrindən tələbələr sırasından xaric edilmiş şəxslər ixtisasına uyğun olaraq Azərbaycan Respublikasının müvafiq mülki ali təhsil müəssisələrinə bərpa oluna bilərlər.

 

  • Müəllif: Pervin_M
  • Tarix 20-02-2014, 11:21
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 761
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Arxiv
Sayğac