dunyatv.az
CANLI YAYIN

Soçidə son sınağımız

21-02-2014, 12:10

Bu gün Soçi-2014 qış Olimpiya Oyunlarında idmançımız mübarizəyə qoşulacaq.

"Qafqazinfo” xəbər verir ki, dağ xizəyi idman növündə, qadınların yarışında təmsilçimiz Qaya Bassoni Antivari də iştirak edəcək. Qaya slalom növündə öz qüvvəsini sınayacaq.

Yarışın ilkin mərhələsi Bakı vaxtı ilə saat 16:45-də start götürəcək. 88 idmançı ən yaxşı nəticə göstərmək üçün çalışacaq. Lazım olan nəticəni əldə edən idmançılar daha sonra saat 20:15-də başlayacaq ikinci yürüşdə iştirak etmək hüququ qazanacaqlar. Elə mükafatçıların adları da son yürüşdən sonra bəlli olacaq.


Oxunub: 634

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.