dunyatv.az
CANLI YAYIN

Azərbaycanlı teleaparıcı Facebook-u məhkəməyə verdi

21-02-2014, 12:18

Azərbaycanlı teleaparıcı Facebook-u məhkəməyə verdi

Azərbaycanda "Facebook” sosial şəbəkəsi məhkəməyə verilib.
Dunyatv.Az xəbər verir ki, Teleqraf.com-un xəbərinə görə, Teleqraf.com-un xəbərinə görə, sosial şəbəkənin məhkəməyə verilməsi ilə bağlı Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi göndərilib. 

Teleaparıcı İlham Mirzəyevin məhkəməyə göndərdiyi iddia ərizəsində "Facebook” sosial şəbəkəsi ilə yanaşı "Yeni Müsavat” və "Azadlıq qəzetləri, Yasamal rayon Məhkəməsində mühakimə olunan Asif Əliyevin anası Lyudmilia Əliyeva da məhkəməyə verilib. 

Teleaparıcı şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edib və cavabdehlərdən pul tələb edir. Yaxın günlərdə İlham Mirzəyevin iddiası üzrə məhkəmə prosesi başlayacaq. 

Qeyd edək ki, Asif Əliyev İlham Mirzəyevin şikayəti əsasında həbs edilib. Teleaparıcı iddia edib ki, Asif Əliyev onu hücum edib və sağlamlığına xəsarət yetirib. Lakin Asif Əliyev belə bir hadisənin olmadığını və İlham Mirzəyevin ona şər atdığını deyib. 

Asif Əliyevin anası Lyudmilia Əliyeva mətbuat orqanlarında çıxış edərək İlham Mirzəyevin oğlunu şərlədiyini deyib. Bundan başqa, İlham Mirzəyev "Facebook”da haqqında olan səhflərin ləğv edilməsini istəyib. 


Oxunub: 643

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.