dunyatv.az
CANLI YAYIN

Xəstəlikləriniz haqda hər şeyi bilirsiniz?

21-02-2014, 12:42

Hamı deyir ki, sağlamlıq hər şeydən önəmlidir, ancaq bu qaydaya, demək olar ki, heç kim əməl eləmir. 
[b][/b]
Biz azərbaycanlılar da ən yaxın adamlarımıza sağlamlıq arzulasaq da, özümüz sağlam olmaq üçün heç nə etmirik. Nə qədər tragikomik görünsə də, biz yaxın adamlarımızın sağlığına içərək öz sağlamlığımızı korlayırıq. 
Niyə belə edirik? Nəyə görə səhhətimiz həyəcan təbili çalana qədər ona əhəmiyyət vermirik? Axı xoşbəxtlik 10-dursa, onun doqquzu sağlamlıqdır. 
DunyaTv.az Milli.Az-a istinadən bildirir ki, ən azı altı aydan bir stamatoloqa baş çəkmək, ildə bir dəfə oftalmoloq və terapevtə getmək, heç olmasa iki ildən bir daxili orqanları yoxlatmaq lazımdır. Biz hamımız bunları bilirik, amma nədənsə əməl etmirik. Fərqli səbəblərə görə. Kimsə özünü sağlam hesab edir, kimsə müalicə xərclərini nəzərə alaraq bunu etmir. 
Maliyyə məsələsindən əlavə, ənənəvi "əşi... düzələr" məsələsi də var. Çox adam orqanizmində narahatlıq hiss edəndə "düzələr" deyib üstündən keçir. Həkimə getmək qərarına gələndə isə artıq gec olur. Ağızda ondan artıq diş qalmır, ürək narahat olur və s. 

Bəlkə, orqanizmimizi vaxtında yoxlayaq ki, sabahkı problemlərdən vaxtında qurtula bilək. Axı həyat insana bir dəfə verilir. 

Dunyatv.az


Oxunub: 651

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.