dunyatv.az
CANLI YAYIN

Sumqayıt sakini: "Bu, hansı Nizaminin heykəlidir?" - VİDEO

12-11-2013, 13:59

 

Sumqayıt şəhərində Nizami parkında dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin şərəfinə qoyulan heykəl bir müddətdir ki, mübahisə obyektinə çevrilib. Belə ki, bir qisim sakinlər heykəlin tərtibatından, xüsusən üzərindəki yazıdan – şairin baş hərfinin doğru yazılmamasından, şriftindən, soyadının və doğum-vəfat tarixlərinin qeyd olunmamasından narazıdırlar. Bəzi sakinlər hətta heykəlin bazar ətrafında yox, Sumqayıtın daha münasib bir yerində olmasını istəyiblər... Bu məsələ bir neçə dəfə şəhər səviyyəsində keçirilən iclas və müşavirədə müzakirə obyekti olub.

Bütün bunlardan çıxış edərək "Xəbərlə” xəbər portalının əməkdaşları məhz elə həmin ərazidə, Nizami parkında sakinlər arasında videosorğu keçirib.

Respondentlərə aşağıdakı suallarla müraciət edilib:

- Sizcə, Nizami Gəncəvinin heykəlinin bazar ətrafında olması nə dərəcədə məqsədəuyğundur?

- Bəs heykəlin tərtibatı necə, xoşunuza gəlirmi?

 

 


Oxunub: 850

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.