Təhsil Nazirliyindən açıqlama

Təhsil Nazirliyindən açıqlama

Azərbaycan Təhsil Nazirliyi orta, peşə və orta ixtisas məktəbləri ali məktəblərə təhkim edildikdən sonra həmin məktəblərin məzunları olan abituriyentlərin ali məktəblərə hansı formada və hansı şərtlərlə qəbul olunacağına aydınlıq gətirib.

Nazirlikdən Trend-ə bildirilib ki, "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyən edilmiş əsas hədəflərin həyata keçirilməsi məqsədilə növbəti tədris ili üçün ali təhsil sistemi üzrə islahatlar müəyyən edilib. Həmin islahatlardan biri abituriyentlərin peşəyönümlü ixtisas seçimi mexanizminin formalaşdırılması və təhsilin müxtəlif səviyyələri arasında varislik, fasiləsizlik prinsiplərinin təmin edilməsi məqsədi ilə orta məktəblərin, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin ixtisas hazırlığı profili nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrinə təhkim edilməsidir.

Nazirlikdən bildirilib ki, ali məktəblərin nəzdində fəaliyyət göstərən orta, peşə və orta ixtisas təhsili müəssisələrinin məzunları təhsilin növbəti pilləsinə və ya səviyyəsinə ümumi qaydalar əsasında qəbul ediləcəklər.

Növbəti tədris ilindən hansı məktəblərin ali məktəblərə təhkim ediləcəyinə və bu prosesə bütün ilk peşə və orta ixtisas təhsili müəssisələrinin cəlb olunub-olunmayacağına gəldikdə, nazirlikdən bildirilib ki, Azərbaycan Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması nəzərdə tutulur. Strategiyanın həyata keçirilməsi üzrə fəaliyyət planında da hansı təhsil müəssisələrinin ali məktəblərə təhkim ediləcəyi əks olunacaq. Hazırda isə fəaliyyət planının hazırlanması istiqamətində işlər aparılır.

 


  • Müəllif: Pervin_M
  • Tarix 21-02-2014, 14:36
  • Bölmə: Xəbərlər
  • Baxılıb: 709
Bu bölməyə aid digər məqalələr:

Son xəbərlər
Facebook səhifəmiz
Ən çox baxılan
Sorğu
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Arxiv
Sayğac