dunyatv.az
CANLI YAYIN

Bu şəhərlərə getməyin!

21-02-2014, 14:40

Bu şəhərlərə getməyin!

Bir dövr dünyanın ən böyük avtomobil şirkətlərinə ev sahibliyi edən Detroyt şəhəri öz imicini itirməyə başlayıb.
ABŞ-ın əsas sənaye şəhəri Detroyt ölkənin ən təhlükəli şəhərləri siyahısında ilk sırada yer alıb.
Federal Təhqiqatlar Bürosunun (FTB) illik cinayət məlumatlarına əsasən hazırlanan hesabatda keçən ilin ilk altı ayında ən çox cinayət Detroytda törədilib.
Siyahının ilk sırasında yer alan Detroytda keçən ilin ilk 6 ayında təcavüz faktlarının 46 %, oğurluq hallarının isə 8 % artdığı göstərilib.
Ən çox cinayət törədilən şəhərlər siyahısında ikinci olan Kaliforniyanın Oakland şəhərində isə əvvəlki illərlə müqayisədə ağır cinayətlərin artdığı qeyd edilib.
ABŞ-ın ən çox cinayət hadisələri baş verdiyi digər şəhəri isə Missuri ştatına bağlı Saint Luis olub. Şəhərdə keçən ilin ilk yarısında təcavüz faktının 60 % səviyyəsinə çatdığı bildirilib.

 


Oxunub: 551

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.