dunyatv.az
CANLI YAYIN

Qroznı-Bakı avtobus reysi açılacaq

21-02-2014, 14:52

Qroznı-Bakı avtobus reysi açılacaq

Sənədləşmə işləri aparılır.

Çeçenistanın paytaxtı (Rusiya Federasiyası) Qroznı şəhəri ilə Bakı arasında müntəzəm avtobus reyslərinin açılması istiqamətində hazırlıq işləri gedir.

DunyaTv.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Çeçenistan Nəqliyyat və Rabitə Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, hazırda Azərbaycan tərəfi ilə Qroznı-Bakı avtobus marşrutunun açılmasına dair zəruri sənədlərin rəsmiləşdirilməsi prosesi gedir.

Qeyd edək ki, Çeçenistan Nəqliyyat və Rabitə Nazirliyi Bakı ilə yanaşı, Rusiyanın Sankt-Peterburq və Kazan, eləcə də Qazaxıstanın Atırau şəhərlərinə beynəlxalq avtobus reysləri açmağı planlaşdırır.


Oxunub: 975

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.