dunyatv.az
CANLI YAYIN

İşinizdə irəli getmək istəyirsiz?

21-02-2014, 15:46

İşinizdə irəli getmək istəyirsiz?

Şirkətdə hörmətli və bacarıqlı əməkdaşlar asanlıqla karyeralarında irəliləyə bilirlər. İş yerində irəliləməyin mühüm amillərindən biri də bacarıqlar, nüfuz və təcrübədir. Uğurlu karyeranı müəyyənləşdirən prinsiplərə nəzər yetirək. 

1. Keyfiyyətli əmək

Sizin işinizin nəticələri işdə irəliləməyin əsas amilidir. Sizin nüfuzunuz və problemləri həll etmək bacarıqlarınız sizə şirkətə aid qərarların qəbul etməsində kömək edəcək.

2. Məsuliyyətli olmaq

İş yerinizə vaxtında gəlin və işinizi vicdanla yerinə yetirin.

3. Komanda işi

Şirkətiniz yeni layihələr üzərində çalışarkən hər zaman öz köməyinizi təkif edin. İş qrupları və komitələri formalaşan zaman öz namizədliyinizi irəli sürün. Əgər siz həqiqətən də faydalı ola bilərsinizsə, öz təşəbbünüzü bildirməyə çəkinməyin.

4. Ünsiyyətcil olun

Korporativ iclaslar və yığıncaqlarda iştirak edin. Əməkdaşlarınızla açıq və etibarlı münasibətlər qurmağa çalışın.

5. Daha çox oxuyun

Mütəxəssis kimi inkişaf etmək üçün əlinizdə olan bütün imkanlardan istifadə edin. Əgər öz bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, ixtisaslanmış kurslara və təlimlərə gedin.

6. Vəzifənizin yüksəlməsini istəyin

Öz tərcümeyi-halınızı daim aktual vəziyyətdə qoruyub saxlayın. Sizi maraqlandıran vakansiya açılan kimi öz namizədliyinizi irəli sürün. Müdirinizlə də məsləhətləşin və daha yüksək vəzifədə çalışmaq istədiyinizi deyin. Ola bilsin ki, o, sizə tövsiyyə məktubu versin.

7. Müsahibəyə hazırlaşın

İşə qəbul olunan zaman adətən müsahibə təşkil olunur. Müsahibəyə yaxşı hazırlaşın. Bu sizin üçün həlledici ola bilər.

8. Əməkdaşlarınızla sağollaşın

Əgər sizə daha yüksək vəzifə təqdim edərlərsə, mütləq olaraq daha öncə çalışdığınız əməkdaşlarınıza təşəkkür edin və onlarla sağollaşın.

Dunyatv.az


Oxunub: 556

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.