dunyatv.az
CANLI YAYIN

Onların əlini camaatın cibindən polis çıxardı

21-02-2014, 17:50

Bakıda qazancı başqalarının cibindən çıxan şəxslər tutulub. Binəqədi polisi Sumqayıtdan paytaxta cibgirlik üçün gələn keçmiş "zek”ləri qandallayıb. 

Rayon Polis İdarəsindən DunyaTv.az  Milli.Az-a istinadən bildirir ki,onlar 35 yaşlı Rövşən Əliyev və 34 yaşlı Ramin Kərimovdur. Cavan olmalarına baxmayaraq, dəfələrlə məhkumluq həyatı yaşayan bu şəxslər sərnişin avtobuslarına sərnişin kimi yox, başqa məqsədlə minirmiş. Onlar Bakıdakı 155, 179 saylı marşrut avtobuslarına minir, sıxlıqdan istifadə edərək sərnişinlərin cibinə girib pullarını çıxarırlar. Onların hələlik 8 adamın cibindən pul çıxarmaları üzə çıxıb. Polisin keçirdiyi əməliyyat nəticəsində onlar elə iş başında yaxalanıblar. Onların cibində heroin tapılıb. Hazırda araşdırma aparılır.  

DunyaTv.az


Oxunub: 458

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.