dunyatv.az
CANLI YAYIN

Belə şorba içməmisiniz

22-02-2014, 13:47

Dadlı ət sulu nar şorbası...

Tərkibindəkilər

-1 kq turş nar

-Yarım litr ət suyu

-3 xörək qaşığı un

-Kərə yağı

-İncə doğranmış nanə və cəfəri

- Duz və istiot

 

Hazırlanması

Ət suyunu qaynadın. Narlardan birini ikiyə bölüb dənələyin. Qalan narların suyunu sıxın. Sıxılmış nar suyunu ət suyuna əlavə edin. Unu kərə yağında qovurun. Ət və nar suyunu qaşıq-qaşıq azca götürün, qovurduğunuz una əlavə edib qarışdırın. Un qızarmış rəng alandan sonra qaynatdığınız nar və ət suyuna əlavə edin. Şorba qatı hala gələnə kimi qarışdırın. Üzərini cəfəri, nanə və ayırdığınız nar dənələri ilə bəzəyib, süfrəyə təqdim edə bilərsiniz. Nuş olsun!


Oxunub: 802

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
www.DUNYATV.az
Copyright © 2013-2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.